Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
11.07.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.İyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 6 alışdırıcı, 7 tüfəng, 5 patron darağı və 923 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Vətəndaş İnşallah Qaybalıyev
10.07.2025
Vətəndaş İnşallah Qaybalıyev müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə təşəkkür edir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
İyulun 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanıldı
Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışına verdiyi 20 min manat pulunu geri istədiyini, amma həmin şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini bildirib.Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonunda oğurluq və dələduzluq edən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 110 manat və 300 manat dəyərində mobil telefon oğurlanıb.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı Ş.Əşrəfov saxlanılıb.Bundan başqa sosial şəbəkələrdə mebel almaq istəyən bir nəfəri aldadaraq 200 manatını ələ keçirməkdə şübhəli bilinən 29 yaşlı N.Hətəmov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır.
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar
Binəqədi rayonu ərazisində bir neçə evdən elektrik naqilləri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 55 yaşlı Y.Mirzəyev və 51 yaşlı V.Mürsəlov müəyyən olunaraq saxlanılıblar.Nizami rayonunda isə bir nəfərə məxsus 600 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11,3 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 11,3 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyulun 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 3 tüfəng, 2 patron darağı və 48 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.