image_20220214233951.jpg

Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elanı

14.02.2022

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı hazırlanmış video çarx.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbi 2024/2025-ci tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına tələbə qəbulu elan edir.
 
Namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir. Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə azərbaycan və rus dillərində keçirilir. Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər. 
 
Hərbi Məktəbə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır. Təhsil müddəti 4 ildir. Məzunlara diplom və “leytenant” hərbi rütbəsi verilir. Onlar Daxili İşlər Orqanlarında müvafiq vəzifələrə təyin edilirlər. 
 
Qəbulun qaydaları və tələb olunan sənədlərin siyahısı haqda ətraflı məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının rəsmi internet səhifələrindən ala bilərsiniz. Məktəbə ərizə və sənədlər 2024-cü il martın 1-dən aprelin 20-dək, iş günləri saat 10-dan 17-dək qəbul olunur.
Əlavə məlumat üçün dim.gov.az və dq.mia.gov.az Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi 4. 
 
Əlaqə telefonları: 560-27-00, 513-23-06, 590-65-38.