image_20230727124050.png

Daxili İşlər Nazirliyi Lənkəran “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrə qadın cinsli vətəndaşlara xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

26.07.2023

Müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Respublikanın Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Müsabiqədə kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir. 

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2023-cü ilin iyul ayının 28-dən avqust ayının 28-dək iş günləri saat 10.00-dan 17.00-dək Lənkəran rayonunun Göyşaban kəndində yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Cənub bölgəsində regional şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
-   Şəxsiyyət vəsiqəsi
-   Təhsil haqqında sənədin əsli

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41