Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub

20.06.2025

İyunun 20-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.