Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

09.06.2025

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 
İyunun 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.