Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub

04.06.2025

İyunun 4-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.