Paytaxtın Nəsimi rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb

21.01.2025

Yanvarın 20-si Nəsimi rayonu Moskva prospektində yerləşən marketlərin birindən 940 manat dəyərində spirtli içkilərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Ş.Abbasov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.