Metropolitendə 2 nəfər qadının 440 və 800 manat dəyərində mobil telefonlarını oğurlamaqda şübhəli bilinən N.Vəliyev və İ.Babayev saxlanılıblar

30.10.2024

Metropolitendə 2 nəfər qadının 440 və 800  manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub. 
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinənlər, əvvəllər də məhkum olunmuşlar N.Vəliyev və İ.Babayev müəyyən olunaraq saxlanılıblar. 
Araşdırma aparılır.