Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin alın şüşəsini oğurlamaqda şübhəli bilinən M.Rüstəmov saxlanılıb

28.10.2024

Oktyabrın 28-nə keçən gecə Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin alın şüşəsinin oğurlanması barədə polisə məlumat daxil olub. 
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı M.Rüstəmov saxlanılıb.
Araşdırma aparılır.