Martın 12-si gecə saatlarında Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.
Görülmüş tədbirlərlə avtomobil həmin gün Nəsimi rayonu ərazisində tapılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Ələkbərov “Mercedes” markalı digər avtomobili idarə edərkən saxlanılıb. Araşdırmalarla onun həmin avtomobili də Nərimanov rayonu ərazisindən qaçırması müəyyən olunub.
Araşdırma aparılır.