Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 

26.02.2024

Fevralın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı,  2 tapança, 4 qumbara, 15 ədəd müxtəlif markalı tüfəng,  5 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.