Binəqədi rayonunun Binəqədi qəsəbəsində iki evdən oğurluq etməkdə şübhəli bilinən Ə.Savdumov saxlanılıb

18.02.2024

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi qəsəbəsində bir evdən 3000 manat dəyərində noutbuk, fotokamera, saat, digər evdən isə pul və  qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Savdumov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. 

Ən son press-relizlər