Gün ərzində ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub

16.02.2024

Fevralın 16-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Ən son press-relizlər