Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub

01.12.2023

Dekabrın  1-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Ən son press-relizlər