Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub

21.11.2023

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Ən son press-relizlər