Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub

27.09.2022

Sentyabrın  27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Ən son press-relizlər