Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən pulunu talamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar

23.09.2022

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə sentyabrın 23-də gecə saatlarında 2 nəfərin Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən 200 manatını talamaları barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini H.Abdullayev və Saatlı rayon sakini V.Mürşüdov müəyyən olunaraq saxlanılıblar. 
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.

Ən son press-relizlər