Gədəbəy rayonundakı Sarıtala yaylağında rayon sakini D.Zeniyevə məxsus 10 baş inəyi oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini V.Qasımov saxlanılıb

23.09.2022

Gədəbəy Rayon Polis Şöbəsinə Sarıtala yaylağında Samanlıq kənd sakini D.Zeniyevə məxsus 15.000 manat dəyərində 10 baş inəyin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini V.Qasımov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 21-də Samanlıq kəndinin otlaq sahəsindən rayon sakinləri S.Yəhyayevə və Ə.Aslanlıya məxsus 6.000 manat dəyərində 6 baş inəyi oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.

Ən son press-relizlər