Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır
25 yanvar 2021 12:15Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.
Silsilə oğurluqlar edən şəxs ifşa olunub
25 yanvar 2021 12:11Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 2 evdən oğurluq faktı ilə bağlı daxil olan müracət üzrə bir evdən 5015 manat pul, 5655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3500 manat pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.

Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi
25 yanvar 2021 12:09Yanvarın 25-də saat 20 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində şəhər sakini N.Şirizadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Quba rayonunun Qırız kəndi ərazisində kvadrosiklin aşması nəticəsində bir nəfər hadisə yerində ölmüşdür
25 yanvar 2021 12:07Yanvarın 25-də saat 17 radələrində Quba rayonunun Qırız kəndi ərazisində Bakı şəhər sakini R.Abbasov idarə etdiyi “Yamaha” markalı kvadrosikli aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini R.Ağayev saxlanılmışdır
25 yanvar 2021 12:06Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini R.Ağayev paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır. Onun rayon ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram heroin və 105 qram metamfetamin aşkar edilərək götürülmüşdür.
Sumqayıt şəhər sakini Q.Rəhimova məxsus 6 baş qoyunu oğurlamaqda şübhəli bilinən E.Nəcəfov saxlanılmışdır
25 yanvar 2021 12:05Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Q.Rəhimova məxsus 6 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılmışdır.
Şirvan şəhər sakini Ş.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
25 yanvar 2021 12:04Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini Ş.Həsənovdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi götürülmüşdür.
Ordubad rayon sakini M.Bayramov tapdığı avtomatı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil vermişdir
25 yanvar 2021 12:03Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ordubad rayonunun Azadkənd kənd sakini M.Bayramov tapdığı “AKM” markalı avtomatı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil vermişdir.
Suraxanı rayonunda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıblar
25 yanvar 2021 12:58

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Sabunçu rayonu Nardaran qəsəbəsində silahlı şəxs saxlanılıb
25 yanvar 2021 11:58Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb., istintaq tədbirləri davam etdirilir.
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]




Çap et  Çap et