Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub

10.01.2026

Yanvarın 10-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.