Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub

09.05.2025

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
  • Axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
  • Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.