Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 pulemyot, 3 tapança, 14 tüfəng, 7 patron darağı və 407 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.