Nəsimi və Binəqədi rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

19.02.2025

Nəsimi rayonu ərazisində bir vətəndaşın dələduzluğa məruz qalması və 10550 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı S.Mahmudov müəyyən edilərək saxlanılıb.
Bundan başqa Binəqədi rayonu ərazisində vətəndaşın etibarından sui-istifadə edərək 2500 manatını ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı E.Şahmuradovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.
Araşdırmalar aparılır.