Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub

31.01.2025

Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

  • Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    
  • Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.