Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

05.01.2025

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 
Yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 2 tüfəng, 11 patron darağı və 200 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.