Xətai rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən İ.Bağırov saxlanılıb

12.12.2024

Dekabrın 12-də gecə saatlarında Xətai rayonu ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 250 manatının talanması barədə polisə məlumat daxil olub. 
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı İ.Bağırov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. 

Ən son press-relizlər