Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

12.12.2024

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 
Dekabrın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 pulemyot, 4 tüfəng, 3 patron darağı və 39 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.   

Ən son press-relizlər