Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

11.12.2024

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 
Dekabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 4 patron darağı və 46 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son press-relizlər