Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

06.11.2024

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 
Noyabrın 6–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 1 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.