Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub

05.11.2024

Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.