Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Xəlilov müəyyən olunaraq saxlanılıb

24.10.2024

Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır. 

Ən son press-relizlər