Paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən Z.Xalidoğlu saxlanılıb

15.10.2024

Oktyabrın 15-də paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən 6200 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Xalidoğlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.