Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən H.Nağıyev saxlanılıb

29.09.2024

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı H.Nağıyev saxlanılıb. Ondan 3 kiloqram 30 qram çəkidə marixuana aşkar olunaraq götürülüb. 
Araşdırma aparılır.