Xətai rayonu ərazisində marşrut avtobusunda bir nəfərin 2 ədəd mobil telefonunun oğurlanması barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı S.İbrəhimov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.