Ümumi çəkisi 14,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

03.09.2024

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 3-də ümumi çəkisi 14,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqrama yaxın heroin və 12,1 kiloqramdan çox marixuana olub.  
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

Ən son press-relizlər