Mayın 14-də Yasamal rayonu ərazisində bir nəfər şəxsin itirdiyi bank kartından 150 manat dəyərində alış-veriş edilərək oğurlanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.