Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 29,6 kiloqrama yaxın marixuana, 3,1 kiloqrama yaxın tiryək, 1,1 kiloqramdan artıq metamfetamin, həmçinin 510 ədəd metadon həbi və 160 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.