Nizami rayonu ərazisində mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

28.04.2024

Nizami rayonu ərazisində mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.