Bank kartlarından oğurluq edənlər saxlanılıb 

21.02.2024

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb.     
Fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt  şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.  
Hər üç faktla bağlı araşdırma aparılır. 

Ən son press-relizlər