Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub

21.02.2024

Fevralın 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 141 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Ən son press-relizlər