Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən 14800 manat pulu oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

08.02.2024

Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. 
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.