Xətai rayonu ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə Sabunçu rayonu ərazisində avtomobillə saxlanılıb

28.01.2024

Yanvarın 28-də Xətai rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.