Bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən E.Ələkbərov və A.Əliyev saxlanılıblar

26.01.2024

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə bir nəfərin bank kartından hesabındakı 600 manat pulunun oğurlanması barədə məlumat daxil olub. 
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Naftalan şəhər sakini E.Ələkbərov və Laçın rayon sakini A.Əliyev müəyyən olunaraq saxlanılıblar. 
Araşdırma aparılır.