Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub

05.12.2023

Dekabrın  5-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Ən son press-relizlər