Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ə.Əhmədov saxlanılıb

30.11.2023

Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pulunun alınması barədə polisə məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. 

Ən son press-relizlər