Abşeron rayonunun Novxanı kəndində bir evdən 25 ev quşu oğurlamaqda şübhəli bilinən Z.Ağadadaşov saxlanılıb

30.11.2023

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Novxanı kəndində bir evdən 25 ev quşu oğurlamaqda şübhəli bilinən Z.Ağadadaşov saxlanılıb. 
Araşdırmalarla onun müxtəlif vaxtlarda Novxanı və Saray qəsəbələrində 2 evdən və bir sexdən qızıl dişlər və 3600 manat dəyərində təmir alətləri oğurlaması da müəyyən olunub. 

Ən son press-relizlər