Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub

29.11.2023

Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Ən son press-relizlər