Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

20.11.2023

Noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcısı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və 31 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. 
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 1 patron darağı, 10 ədəd patron və 12 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Ən son press-relizlər