Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub

19.11.2023

Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Ən son press-relizlər