Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi və tapılması ilə bağlı profilaktiki tədbirləri davam etdirir

07.11.2023

Noyabrın 7-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və  güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürülüb, həmçinin 3 ov tüfənginin tapılması təmin edilib. 
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə ayrı-ayrı vətəndaşlardan 6 ov tüfəngi aşkar edilərək götürülüb.